"İmişli" məşqçilər heyətini yeni təyinatla gücləndirib.
Sportinfo.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
Latviyalı mütəxəssis Ervins Perkons komandanın köməkçi məşqçisi təyin olunub.
UEFA Pro lisenziyasına malik olan 35 yaşlı mütəxəssis daha əvvəl Latviyanın "Jelgava" və "Super Nova" klublarında baş məşqçi kimi fəaliyyət göstərib, komandaları iki dəfə ölkənin yüksək liqasına yüksəldərək, 2022 və 2024-cü illərdə Latviyanın I Liqasının çempionluğuna daşıyıb.

