“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov yeni biznes fəaliyyətinə başlaması barədə ictmai-siyasi mediada xəbərlər yayılıb.
İddiaya görə, ona məxsus olan “BMW Box” adlı mağazanın açılışı olub.
Burada BMW markalı avtomobillərin aksesuar və ehtiyat hissələri satılacaq.
Tədbirdə “Qarabağ“ın məşqçisi Elçin Rəhmanov, Qurban Qrubanovun bacısıoğlu Tural İskəndərov, “Zirə”nin çalışdırıcısı Rəşad Sadıqov, sabiq güləşçi Hacı Əliyev kimi məşhur simalar iştirak ediblər və bu, məlum iddianı gücləndirib.
Lakin...
Saytımız dəqiqləşdirib ki, bu obyektin Qurban Qurbanova yaxından-uzaqdan aidiyyatı yoxdur. Sadəcə, mağazanı açan şəxs onun adaşıdır.
Rəşad Sadıqov, Hacı Əliyev və digər tanınmış simaların tədbirə qatılması isə təsadüfi deyil. Belə ki, Qurban adlı iş adamı onların uşaqlıq dostudur.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

