Saçlarını xərçəng xəstələrinə bağışladı - Tanınmış futbolçunun qızı

01:40 Hadisə 101
Saçlarını xərçəng xəstələrinə bağışladı - Tanınmış futbolçunun qızı

“Şalke”nin hücumçusu Edin Dzekonun kiçik qızı Dalia xeyriyyə aksiyasında iştirak edərək diqqət çəkib.

Bosniya və herseqovinalı forvardın qızı könüllü şəkildə saçlarını xərçənglə mübarizə aparan uşaqlar üçün parik hazırlanmasına bağışlamaq istəyib.

Sportinfo.az xəbər verir ki, bu barədə 40 yaşlı futbolçunun həyat yoldaşı Amra Dzeko sosial şəbəkədə məlumat paylaşıb:

“Atası meydanda uğurlar qazanarkən, Dalia göstərir ki, ən böyük qələbələr ürəklə qazanılır”.

Dalia Dzeko ailənin dörd övladından biridir. Onların daha iki qız və bir oğlan uşağı var.

“Şalke” ilə müqaviləsinin müddəti gələn ayın 30-na qədər nəzərdə tutulan Dzeko bu mövsüm komandanın Bundesliqaya yüksəlməsində iştirak edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti