Jorj Kaşkilyanın Azərbaycandakı gələcəyinə tamamilə aydınlıq gəlib.
Ötən ilin iyununda «İmişli»nin sükanı arxasına keçən portuqaliyalı mayın axırında ölkəmizi birdəfəlik tərk edəcək.
Baş məşqçi ilə keçirilən son toplantı bu məsələyə nöqtə qoyub. Kaşkilya məşqçi korpusunun birillik müqavilə müddətinin yenilənməsi müqabilində maaş fondunun 50 min dollar artırılmasını tələb edib.
Avropalı mütəxəssis bildirib ki, o və köməkçiləri komandanı Premyer Liqada saxlamaq tapşırığının öhdəsindən vaxtından əvvəl gəlib və əməkhaqlarına təkrar baxılmalıdır.
Klub rəhbərliyi isə öncəki şərtlərlə kontraktın daha 1 il uzadılması təklifini irəli sürüb və belədə, tərəflər ortaq məxrəcə gələ bilməyib.
Debütant elitada keçirdiyi ilk mövsümdə 32 xal toplayıb. Aranlılar bu nəticəylə turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb və təhlükəli zonadan xeyli uzaqlaşıb.
SPORTİNFO.AZ


