“İmişli”nin nümayəndə heyəti Türkiyənin Trabzon şəhərinə səfər çərçivəsində “Trabzonspor”da 5 günlük təcrübə proqramına qatılıb.
Sportinfo.az xəbər verir ki, burada klubun oyunların təşkili üzrə meneceri İlkin Əhmədov və komandanın meneceri Mədət Eminbəyli iştirak edib.
“Trabzonspor”un meneceri Əmrah Tokun dəvəti ilə baş tutan səfər zamanı nümayəndələr əsas komandanın bazası, qadın futbol akademiyası və alt yaş qrupları üzrə təlim-məşq mərkəzlərinin fəaliyyəti ilə tanış olublar.
Səfər çərçivəsində klubun baş məşqçisi Fateh Təkkə və rəhbərliklə keçirilən görüşlərdə oyunların təşkili, əməkdaşlıq imkanları və təcrübə mübadiləsi müzakirə edilib.
Bununla yanaşı, “Trabzonspor”un uşaq futbol akademiyası ziyarət edilib, akademiyanın rəhbəri İlkər Ərdəmlə qarşılıqlı əməkdaşlıq perspektivləri geniş şəkildə müzakirə olunub.

