"Sənə baxanda yaxşı futbolçu ola biləcəyini düşünürəm" - Trampdan qıza məsləhət

00:00 Hadisə 90
"Sənə baxanda yaxşı futbolçu ola biləcəyini düşünürəm" - Trampdan qıza məsləhət

ABŞ prezidenti Donald Trump Ağ Evdə uşaqlarla keçirilən görüş zamanı kiçik bir idmançı qızla maraqlı söhbət edib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, görüş zamanı Tramp qızdan nə ilə məşğul olduğunu soruşub. Uşaq isə voleybol oynadığını və yayda futbola başlamağı planlaşdırdığını deyib.

Qızın cavabına Tramp belə reaksiya verib:

“Voleybolda topa vurmaq sənin üçün çətindir? Hündürlüyə tullana bilirsən?”

Qızın “yox” cavabından sonra ABŞ prezidenti zarafatla bildirib:

“Bəlkə, futbol sənə daha uyğun olar. Sənə baxanda yaxşı futbolçu ola biləcəyini düşünürəm. Uğurlar!”

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti