«O, növbəti mövsümdə də komandamızın formasını geyinməyə davam edəcək».
Bu sözləri Sportinfo.az-a açıqlamasında «İmişli»nin mətbuat xidmətinin rəhbəri Leyla Behbudlu deyib.
Press-ateşe kapitan Azər Salahlının klubdan ayrılacağı yönündə yayılan xəbərlərə münasibət bildirib.
Qeyd edib ki, müdafiəçinin gedişi gündəmdə deyil:
«Belə ki,oyunçunun müqaviləsində nəzərdə tutulmuş uzatma bəndindən istifadə olunacaq və tərəflər arasında əməkdaşlıq davam etdiriləcək.
Nəzərinizə çatdırmaq istəyirik ki, Azər Salahlı hələ 2026–2027-ci illər mövsümündə də komandamızın uğurları üçün mübarizə aparacaq».
32 yaşlı oyunçu bu sezon Premyer Liqada debüt edən bölgə klubunda keçirdiyi 32 matçda 2 qolla yadda qalıb.
"Keşlə"nin yetirməsi (indiki "Şamaxı") daha əvvəl "Qarabağ", "Sumqayıt" və "Neftçi"nin də formasını geyinib. O, Azərbaycan millisində keçirdiyi 24 görüşdə 1 qol vurub.

