Azərbaycanın yığmasının sabiq müdafiəçisi Elvin Yunuszadə evlənib.
Sportinfo.az xəbər verir ki, hazırda “Karvan Yevlax“ın heyətində çıxış edən 33 yaşlı arxa xətt oyunçusu sevdiyi xanımla nikaha daxil olub.
Toy paytaxtın dəbdəbəli şadlıq saraylarından birində təşkil olunub. Bəy öz toyunda “Cavanlığım“ mahnısının sədaları altında rəqs edib.
“Neftçi”nin yetirməsi olan E.Yunuszadə karyerası ərzində, “Qarabağ” və “Sabah” kimi bir çox klubun formasını geyinib.






