Mingəçevirdə 20 yaşlı ll kurs tələbəsi futbol oynayarkən öldü

08:40 Hadisə 90
Mingəçevirdə 20 yaşlı ll kurs tələbəsi futbol oynayarkən öldü

Mingəçevirdə 20 yaşlı oğlan futbol oynayarkən vəfat edib.

Sportinfo.az xəbər verir ki, 2006-cı il təvəllüdlü Həsən Məhəmməd Abdullah oğlu oyun zamanı epilepsiya tutması keçirib.

İlkin məlumata görə, onun dili qatlanıb və bu səbəbdən həyatını xilas etmək mümkün olmayıb.

Bildirilir ki, Sumqayıt şəhər sakini olan H. Abdullah Mingəçevir Dövlət Universitetinin mühəndislik ixtisası üzrə ll kurs tələbəsi idi.

Faktla bağlı araşdırma aparılır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti