"Qarabağ"ın sabiq hücumçusu Juninyo Meksika çempionatında baxımlı qolun müəllifi olub.
Sportinfo.az xəbər verir ki, 29 yaşlı braziliyalı 17-ci turda "CF Amerika"ya qarşı keçirilən səfər matçının (3:3) 5-ci dəqiqəsində komandasının ilk qolunu vurub.
Bu, onun Meksika çempionatında 18 oyuna 8-ci qoludur.
"Pumas" hazırda "Guadalajara" ilə birgə 36 xalla turnir cədvəlində şərikli liderdir.

