'YaaRa Tekstil" dəstək oldu: Hər kəsin diqqəti bu yarışda! - VİDEO+FOTOLAR

18:35 Hadisə 149
'YaaRa Tekstil" dəstək oldu: Hər kəsin diqqəti bu yarışda! - VİDEO+FOTOLAR

“Fire League Şirkətlər 2026” turnirinin püşkatma mərasimi keçirilib.

Minifutbol Federasiyasının dəstəyi, “Fire League”nın təşkilatçılığı, “YaaRa Tekstil”in forma sponsorluğu ilə keçiriləcək yarış 3 may – 28 iyun tarixlərini əhatə edəcək.

5 komandadan ibarət 4 qrupda ümumilikdə 20 komanda yer alıb ki, bu, turnirdə təxminən 300 nəfərin top dalınca qaçacağı deməkdir.

Tədbirdə çıxış edən “YaaRa Tekstil”in təsisçisi və direktoru Yaqut Bayram turnirin əhəmiyyətindən danışıb, burada qurulan əlaqələrin geniş perspektiv vəd elədiyini bildirib

. Tanınmış xanım iş adamı bu istiqamətdə atılan addımların hamı üçün faydalı olacağını söyləyib.

Sayca beşinci olan çempionatda iddialı komandaların eyni qrupda yer alması püşkatma mərasimində iştirak edən nümayəndələrin marağına səbəb olub.

A qrupu

SOCAR Azneft İB

Bir ekosistemi

İK Tex

Azerimed

Gavali Azərbaycan

B qrupu

Azfar Group

Embafinans

VTB Bank

Şahdağ Turizm Mərkəzi

Unibank

C qrupu

Favorite Premium Market

Siyəzən Broyler

Rosko

Azersun

166 Yükdaşıma və Logistika

D qrupu

Surakhanı Oil

Avromed

Metak

Global Logistics

Yelo Bank

Qrup mərhələsinin yekununda 5-ci yeri turanlar yarışla vidaşacaq.

1-ci yeri tutanlar digər qrupun 4-cüsu, 2-ci yeri tutanlar isə digər qrupun 3-cüsü ilə 1/8 finalda üz-üzə gələcək. Ardınca 1/4, yarımfinal mərhələsinin matçları keçiriləcək, iyunun 28-də Bakı Tennis Akademiyasında final qarşılaşması gerçəkləşəcək.

Maraq üçün bildirək ki, sonuncu yarışın qalibi adını “Veysəloğlu” şirkəti qazanıb.

HƏBİB / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti