"Qarabağ"ın ürəyinə "dağ basan" VİDEO - Rəhim Həsənov da baxsın!

16:00 Hadisə 112
"Qarabağ"ın ürəyinə "dağ basan" VİDEO - Rəhim Həsənov da baxsın!

Azərbaycanın bəlkə də yarısı PSJ – “Bavariya” matçını izlədi – 5:4.

Oyunun birinci hissəsinə əlavə olunmuş dəqiqədə Sandro Şererin qonaqların qapısına təyin etdiyi penaltini də hamı gördü.

Osman Dembelenin cərimə meydançasına etdiyi ötürmə zamanı top 2-3 metrlik məsafədən “Bavariya”lı Alfonso Deyvisin əlinə toxundu.

Toxundu deyəndə ki, əvvəl bədəninə dəydi, sonra əlinə.

Şerer VAR-a çağrılanda izləyicilər penalti qərarının verilməyəcəyinə əmin idi. Çünki bədəndən gedən top ələ toxunanda, adətən hakimlər “nöqtə”ni göstərmir.

Üstəlik, “Sabah” – “Qarabağ” matçında baş hakim Rəvan Həmzəzadə, ardınca Hakimlər Komitəsinin sədri Rəhim Həsənov futbol ictimaiyyətinə yaxın məsafəli epizodlarda 11 metrlik cərimə zərbəsinin təyin olunmasının mümkünsüzlüyünü göstərmişdi.

Amma Sandro Şerer fərqi qərarla yadda qaldı ki, o an Azərbaycan hakimliyində eşitdiyimiz “təbii”, “qeyri-təbii”, “düşüncəsiz hərəkət”, “yaxın məsafə” – bütün bəhanələr suya düşdü.

Düzdür, “Sabah” – “Qarabağ” qarşılaşmasındakı epizodla PSJ – “Bavariya” oyunundakı görüntülər fərqlidir.

Biz sizə hər ikisini təqdim edirik. Hansının daha çox penaltiyə bənzədiyinə siz oxucular qərar verin.

Yeri gəlmişkən, Sandro Şereri Həsənov Rəhimin iclaslarına dəvət etmək mütləqdir. O boyda Çempionlar Liqasının yarımfinal görüşünü idarə edir, qaydalardan xəbəri yoxdur (replika).

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti