"Şamaxı" çempionatın ən möhkəm və strukturlu komandalarından biridir"

08:30 Hadisə 107
"Şamaxı" çempionatın ən möhkəm və strukturlu komandalarından biridir"

"Çox çətin oyun olacağını əvvəlcədən bilirdik.

"Şamaxı" çempionatın ən möhkəm və strukturlu komandalarından biridir, meydanın hər bir fazasında sistemli şəkildə işləməyi bacarırlar.

Xüsusilə rəqibin standart vəziyyətlər zamanı yarada biləcəyi təhlükələri başa düşürdük və buna uyğun hazırlaşmışdıq".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Karvan-Yevlax"ın baş məşqçisi Fizuli Məmmədov Misli Premyer Liqasının 28-ci turunda doğma meydanda "Şamaxı"ya qalib gəldikləri matçdan (1:0) sonra bildirib.

O. rəqibin gücünü etiraf etməklə yanaşı, futbolçularının nümayiş etdirdiyi əzmkar mübarizəni xüsusi vurğulayıb:

"Oyun həqiqətən çox gərgin keçdi. Sevindirici haldır ki, uşaqlar verdiyim tapşırıqları maksimum dərəcədə yerinə yetirdilər.

Onlar əsl döyüşkənlik və mərdlik nümayiş etdirdilər. Göstərdikləri bu möhtəşəm performansa və əzmkar mübarizəyə görə hər bir futbolçuma təşəkkür edirəm.

Artıq bu nəticəni geridə qoyub, növbəti görüşə hazırlaşmalıyıq".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 17:30 Çək və bizə göndər!
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!