Kapitan çətin duruma düşdü, pizza köməyinə çatdı – FOTOLAR

16 Aprel 23:40 Hadisə 162
Kapitan çətin duruma düşdü, pizza köməyinə çatdı – FOTOLAR

“Qəbələ” ilə “İmişli” arasında baş tutan oyundan sonra qəbələli yeniyetmələr Azər Salahlını gözləyirdi.

Onlardan biri vaxtilə “Neftçi”nin və Azərbaycan millisinin şərəfini qorumuş futbolçu üçün portret hazırlamışdı ki, məqsədi çərçivəyə saldığı şəkli Salahlıya verib, əvəzində kapitanın formasına sahiblənmək idi.

Komandasının qələbə qazanması (1:0) Azərin əhvalına yaxşı mənada təsir etmişdi.

Odur ki, yeniyetmələrin əhatəsinə düşüb imza atmaqdan və şəkil çəkdirməkdən boyun qaçırmadı.

Uşağın ona uzatdığı portreti görəndə isə Salahlı çıxılmaz vəziyyətə düşdü. Çünki hədiyyənin qarşılığında azyaşlıya forma vermək gərəkirdi. Salahlı isə tərli idman geyimini yuyulmaq üçün klubun işçilərinə vermişdi.

Kapitan hədiyyəyə necə qarşılıq vermək üçün çox düşünmədi. Əlindəki bir qutu pizzanı azyaşlıya uzadıb “bu dəfə bunu qəbul et, gələn dəfə mütləq forma həddiyyə edəcəyəm” şəklində dilləndi.

Uşaq istəyinə çatmaq üçün çox çalışdı, xahiş-minnət etdi, di gəl, qazandığı bir qutu pizza oldu.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 Aprel 18:10 Çək və bizə göndər!
16 Aprel 14:20 Bir də yayda qayıdacaq
16 Aprel 00:50 Yenə qazaxlara uduzduq