“Onu milliyə çağırmaq olar” - Neymar məsələsinə ölkə prezidenti qarışdı

18:40 Hadisə 176
“Onu milliyə çağırmaq olar” - Neymar məsələsinə ölkə prezidenti qarışdı

Braziliyanın prezidenti Luis İnasio Lula da Silva milli komandanın baş məşqçisi Karlo Ançelotti ilə görüş keçirib.

Görüş zamanı tərəflər 2026-cı il dünya çempionatı üçün “Santos”un 34 yaşlı hücumçusu Neymarın milliyə dəvət olunması məsələsini müzakirə ediblər.

Sportinfo.az “RMC Sport”-a istinadən xəbər verir ki, görüşlə bağlı ölkə prezidenti açıqlama verib.

Onun sözlərinə görə, italiyalı mütəxəssis bu barədə ona birbaşa sual ünvanlayıb:

“Ünsiyyət zamanı Ançelotti məndən soruşdu ki, Neymarı milliyə dəvət etməlidirmi? Mən isə cavab verdim ki, o, tam şəkildə oynamağa hazırdırsa, onu çağırmaq olar”.

2026-cı il dünya çempionatı ABŞ, Kanada və Meksika olmaqla üç ölkədə keçiriləcək. Braziliya yığması qrup mərhələsində Şotlandiya, Mərakeş və Haiti yığmaları ilə qarşılaşacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti