Üstünə qaçdıqları prezidenti o gün də sevindirməsəydilər...

14:20 Hadisə 163
Üstünə qaçdıqları prezidenti o gün də sevindirməsəydilər...

«İmişli»nin 14 oyunluq seriyası Qəbələdə bitdi.

İlk hissənin sonunda vurulan qol yekun nəticəni müəyyənləşdirdi.

Azarkeşləri dərindən bir nəfəs ala bilər indi «İmişli»nin. Debüt ilində Premyer Liqada yerini qorumaq tapşırığı yerinə yetirildi.

Bu, yeri, yurdu olmayan, doğma rayondan çox uzaq düşən, ondan-bundan söz götürə-götürə, tənə eşidə-eşidə yoluna davam edən «İmişli»nin ilk ciddi uğurudur. Topladıqları xallara baxın, mühüm iş gördükləri anlaşılacaq.

Demişdik axı, bu komandaya nəsə olub son vaxtlar. «Sabah» və «Neftçi» ilə qarşılaşmalarda tanımaq olmamışdı «İmişli»ni.

Yenə bir qədər əvvəl qaytardılar bizi. «Turan Tovuz» üzərində qələbə qazanmağa təcrübələri kifayət etmədi, «Qəbələ»ni isə kompakt oyun sayəsində üstələdilər.

Jorj Kaşkilya «divar» hörməyin üstasıdır. «Qəbələ»nin bu «hasar»ı aşmasına imkan vermədi.

Qazanılan qələbədə Kamran Eyyubovun payını da kiçiltməməliyik. O, klubun prezidenti deyil yalnız, eyni zamanda, futbolçuların dostudur.

Hansı birinin nə sözü, nə işi, nə problemi olur, qaçır üstünə. Eyyubov heç birini boş geri qaytarmır, əlindən gələn köməyi əsirgəmir.

Bu cür qayğıkeş prezidenti özəl günündə, doğum günündə də qələbəylə sevindirməsəydilər, insafdan olmazdı ki…

KAMİL

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti