"Qarabağ"ın sabiq hücumçusu Meksikada “at oynadır” - VİDEO

15 Aprel 02:30 Hadisə 760
"Qarabağ"ın sabiq hücumçusu Meksikada “at oynadır” - VİDEO

"Pumas"da çıxış edən "Qarabağ"ın sabiq qolçusu Olavio Juninyo Meksika klubunda növbəti qolunu vurub.

Sportinfo.az xəbər verir ki, braziliyalı hücumçu 14-cü turda "Mazatlan"la keçirilən görüşdə fərqlənib.

O, 3:1 hesabı ilə qalib gəldikləri matçda komandasının 2-ci qolunu vurub. Bu, onun yanvar ayından çıxış etdiyi "Pumas"da 14-cü oyununda 6-cı qoludur.

29 yaşlı forvard bu müddətdə 3 qol ötürməsi də edib. Hazırda "Pumas" 27 xalla 4-cü pillədədir.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada