Paşinyan və Qarabağ ermənisinin söhbəti: “Belə də davam edin”

14 Aprel 08:10 Hadisə 1 666
Paşinyan və Qarabağ ermənisinin söhbəti: “Belə də davam edin”

Ermənistan Baş naziri Nikol Paşinyan seçki kampaniyası çərçivəsində Kotayk və Geqarkunik bölgələrində sakinlərlə görüşüb.

Bu barədə Ermənistan KİV məlumat yayıb.

Həmin görüşlərdən birində yaşlı vətəndaş Ermənistan Baş nazirinə yaxınlaşaraq onu tərifləyib, bütün həyatı boyu ölkədə onun kimisini görmədiyini bildirib.

“Mən qarabağlıyam, həyatımda sizin kimi birini görməmişəm, ölkəyə çox yaxşı rəhbərlik edirsiniz, bu insanları məyus etməyin, Allah sizə can sağlığı versin ki, xidmət etməyə, işləməyə davam edə biləsiniz”, - o deyib.

Ermənistan vətəndaşı sülhə görə Paşinyana təşəkkür edib.

Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada