Cari mövsümdə bunu edə bilən ikinci azərbaycanlı kimdir?

14 Aprel 11:00 Hadisə 322
Cari mövsümdə bunu edə bilən ikinci azərbaycanlı kimdir?

Misli Premyer Liqasında mövsümün 4-cü het-triki qeydə alınıb.

Sportinfo.az xəbər verir ki, Rauf Rüstəmli 27-ci turun “Karvan-Yevlax” – “Kəpəz” qarşılaşmasında (4:1) qonaqların qapısına 3 qol vurub.

Mövsümün əvvəlki 27 turunda 3 belə hadisə yaşanıb.

“Qarabağ”ın futbolçuları Toral Bayramov 5-ci turda “Araz-Naxçıvan”ın (5:0), Kamilo Duran 27-ci turda “Karvan-Yevlax”ın (7:0), “Qəbələ”nin legioneri Domi Massumo 18-ci turda “İmişli”nin (3:2) qapısına üç dəfə yol tapıb.

Rauf Toraldan sonra cari mövsümdə het-trik edən ikinci azərbaycanlı olub. Bununla da son 16 ildə ilk dəfə birdən çox yerli statusa malik futbolçu het-trik edib.

Sonuncu dəfə 2009/10 mövsümündə belə hadisə yaşanıb. Həmin çempionatda 3 yerli oyunçu - Samir Musayev, Nadir Nəbiyev və Fərid Quliyev het-trikə imza atıb.

Sonrakı illərdə bir yerli futbolçunun iki het-trikinə təsadüf olunub. Amma iki oyunçunun belə uğur qazanması yaşanmayıb.

Rauf həm də “Karvan-Yevlax”ın Premyer Liqa tarixində ilk het-trik müəllifidir. Həmin matçdakı nəticə isə Yevlax təmsilçisinin yüksək dəstədə ilk böyükhesablı qalibiyyəti və ilk ev qələbəsi kimi də də tarixə düşüb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 20:00 Çək və bizə göndər!