Milli Məclisin komandasını TÜRKPA-da uğurlu iştirakla bağlı təbrik elədi

12 Aprel 03:50 Hadisə 531
Milli Məclisin komandasını TÜRKPA-da uğurlu iştirakla bağlı təbrik elədi

Sahibə Qafarova Milli Məclisin futbol komandasını Türkiyədə keçirilmiş TÜRKPA-ya daxil olan dövlətlərin parlamentlərarası beynəlxalq turnirində uğurlu çıxışla bağlı təbrik edib.

Sportinfo.az xəbər verir ki, o bununla bağlı parlamentin plenar iclasının yekununda danışıb.

Sədr xatırladıb ki, Milli Məclisin komandası Antalyada parlamentlərarası beynəlxalq futbol turnirində ikinci yerə çıxıb.

"Komandanın heyətində Milli Məclisin 10 deputatı, 7 əməkdaşı iştirak edib".

Yarışda 6 komanda mübarizə aparıb. Qırğızıstana 1:2 hesabı ilə məğlub olub, sonra Şimali Kiprə 3:0 hesabı ilə qalib gələn Milli Məclisin komandası qrup birincisi kimi finala yüksəlsə də, həlledici oyunda Türkiyə parlamentarilərinə 1:3 hesabı ilə məğlub olaraq turnirdə ikinci yeri tutub.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada