Beş ay gözləyəndən sonra… İçindəki bütün hirsi tökdü!

11 Aprel 23:00 Hadisə 208
Beş ay gözləyəndən sonra… İçindəki bütün hirsi tökdü!

Nəhayət, Füzuli Məmmədov «Karvan»da keçirdiyi beşinci ayda ilk qələbəsini qazandı.

«Kəpəz»lə qarşılaşma bundan əvvəlki bütün 90 dəqiqələrdən fərqləndi.

«Karvan» əvvəldən axıra qədər üstün təsir bağışladı. Final fitinədək oyundan qopmadılar, meydanın hər qarışı uğrunda mübarizə apardılar.

Onları izləmək gerçəkdən maraqlı oldu. Üç xalı layiqincə, ləyaqətlə əldə etdilər.

Bu matçı Rauf Rüstəmlinin benefisi adlandıraq. Qış fasiləsində «Sumqayıt»dan gələn yarımmüdafiəçi bir-birindən zövqlü üç qola imza atdı.

Sanki hamıdan, hər kəsdən acıqlı idi. İçində nə hirs, nə iddia varıydısa, hamısını meydana tökdü. Raufdakı bu istək, bu əzm xoşuma gəldi.

Ona güvənməyin yanlış olmadığını isbatlamaq üçün bütün varlığı ilə əlindən gələni etdi. Gün onun günü idi: hər şey alındı.

«Karvan» növbəti mövsümə I Liqada başlayacaq. Odur ki, Premyer Liqadakı son həftələrin keyfini çıxarmaq lazımdır. Bundan belə udsalar, nə olacaq, uduzsalar, nə olacaq…

«Karvan» baxımlı futbol oynaya bildiyini sezonun başında da göstərmişdi, dünən də göstərdi. İş-işdən keçib ta,

Füzuli Məmmədov çəkinməsin heç bir rəqibdən. Çox sıxmasın futbolçulara, azadlıq versin onlara.

ELXAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
11 Aprel 18:10 Çək və bizə göndər!