Bu qruplarda ballar enə bilər - Abituriyentlərə ŞAD XƏBƏR!

10 Aprel 07:30 Hadisə 620
Bu qruplarda ballar enə bilər - Abituriyentlərə ŞAD XƏBƏR!

Bu il ali təhsil müəssələrinə qəbul imtahanında keçid ballarının enəcəyi gözlənilir.

Mövzuya təhsil eksperti Ramin Nurəlliyev münasibət bildirib.

Onun sözlərinə görə, 3-cü və 4-cü qruplarında keçirilən imtahanlarda riyaziyyat fənninin çətin olması ilə keçid ballarının enməsi gözlənilir:

"Əgər qəbul imtahanın da sualları çətin olarsa, balların aşağı düşməsi qaçılmazdır. Əksinə suallar asan tərtib edilərsə, ballar qalxacaq.

Əlbəttə ki, bunu indidən demək çətindir. Çünki blok imtahanlarının birinci və ikinci cəhdi olacaq. Suallar keçən ilki imtahanla eyni səviyyədə olarsa, balların düşməsi gözləniləndir".

Ekspert qeyd edir ki, ballarda ciddi şəkildə enmə olarsa, müsabiqə şərtinin də gərgin keçməsi gözlənilir.

Müsabiqədən keçən abituriyentlərin sayı dəqiq bilinmədiyi üçün dəqiq nəsə demək çətindir. (milli.az)

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada