Azərbaycanın hansı futbolçuları yeni peşənin arxasınca gedir? - FOTOLAR

02:30 Hadisə 110
Azərbaycanın hansı futbolçuları yeni peşənin arxasınca gedir? - FOTOLAR

AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində UEFA-nın A kateqoriyalı məşqçi kursunu müvəffəqiyyətlə başa vurmuş mütəxəssislərə müvafiq diplomlar verilib.

Sportinfo.az xəbər verir ki, diplomları AFFA-nın baş katibinin müavini Elçin Məmmədov və təlimatçılar Osman Rəhimovla Arif Əsədov təqdim ediblər.

A kateqoriyası alanların arasında Azərbaycan milli komandasının sabiq üzvlərindən Rauf Əliyev, Rasim Ramaldanov, Rail Məlikov, Ruslan Əmircanov, Rəşad Eyyubov, Maksim Medvedev kimi simalar var.

2025-2026-cı illəri əhatə edən UEFA-nın A kateqoriyalı məşqçi kursunu Təhsil Şöbəsinin rəhbəri Aslan Kərimov və təlimatçılar Osman Rəhimovla Arif Əsədov keçiblər.

Azərbaycanın keçmiş futbolçularına məşqçi diplomları verildi - Şəkillər

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti