Azərbaycanda məşqçi hakimə etiraz etdi, komandanı meydandan çıxardı

10 Aprel 01:50 Hadisə 1 750
Azərbaycanda məşqçi hakimə etiraz etdi, komandanı meydandan çıxardı

AFFA İntizam Komitəsi 2 komandanı texniki məğlubiyyətlə cəzalandırıb.

Sportinfo.az xəbər verir ki, qurumun bugünkü iclasında belə qərar qəbul edilib.

AFFA U-13 Liqasında keçirilən UGİM (Culfa) - UGİM (Şərur) oyunu bitdikdən sonra UGİM-in (Culfa) heyətində 2012-ci il təvəllüdlü Əli Əsgərlinin meydana daxil olduğu üçün sözügedən komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.

Həmçinin AFFA U-12 Liqasında keçirilən "Araz Saatlı" - "Xan Marafon" oyununun 44-cü dəqiqəsində "Marafon"un məşqçisi Raqib Məmmədov hakimə etiraz olaraq futbolçularını meydandan çıxartdığı üçün komanda 0:3 hesablı texniki məğlubiyyət alıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada