“Tofiq Bəhramov”da xüsusi sosial aksiya təşkil olundu - FOTOLAR

8 Aprel 03:40 Hadisə 224
“Tofiq Bəhramov”da xüsusi sosial aksiya təşkil olundu - FOTOLAR

Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində keçirilən “Qarabağ” – “Sabah” qarşılaşmasından öncə xüsusi sosial aksiya təşkil olunub.

Sportinfo.az xəbər verir ki, Ümumdünya Autizm Məlumatlandırma Günü münasibətilə “Qarabağ”ın və Autizm Assosiasiyasının təşkilatçılığı, ABB-nin (Azərbaycan Beynəlxalq Bankı) və Liv Bona Dea-nın dəstəyi ilə stadionda autizm spektrində olan uşaqlarla bağlı fərqindəlik təşəbbüsü həyata keçirilib. Bu aksiyanın məqsədi cəmiyyətdə anlayışın, qarşılıqlı hörmətin və inklüzivliyin təşviqinə töhfə vermək idi.

Autizmin bir fərqlilik olduğu və bu fərqliliyin cəmiyyətimizin zənginliyi sayıldığı bir daha vurğulanıb. Autizmli uşaqların hər birimiz kimi diqqətə, anlayışa və dəstəyə layiq olduqları qeyd edilib.

Tribunadan yüksələn hər bir alqış həmrəyliyin, dəstəyin və birliyin rəmzinə çevrilib. Futbolun hər kəsi bir araya gətirən ortaq dəyər olduğu bir daha hiss olunub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 17:30 Çək və bizə göndər!