Dünyaca tanınmış baş məşqçi 80 yaşında vəfat etdi

01:30 Hadisə 88
Dünyaca tanınmış baş məşqçi 80 yaşında vəfat etdi

Dünya futbolunun ən tanınmış mütəxəssislərindən biri, “Qalatasaray”, “Beşiktaş”, “Şaxtyor Donetsk” və “Zenit” kimi klubların sabiq baş məşqçisi Mirça Luçesku 80 yaşında vəfat edib.

Sportinfo.az xəbər verir ki, əfsanəvi məşqçinin ölümü barədə məlumatı jurnalist Emanuel Rosu yayıb.

Luçeskunun səhhətində problemlər martın sonunda, Rumıniya milli komandasının pley-off mərhələsində Türkiyəyə məğlubiyyətindən sonra kəskinləşmişdi.

Martın 29-da məşq zamanı huşunu itirən mütəxəssis təcili xəstəxanaya yerləşdirilmiş, həkimlər onun qısa müddətli ürək dayanması keçirdiyini bildirmişdilər.

Bu hadisədən bir neçə gün sonra, aprelin 2-də o, milli komandadakı vəzifəsindən ayrılmışdı.

Məşqçilik karyerasına 1979-cu ildə Rumıniyanın “Korvinul” klubu ilə başlayan Luçesku futbol tarixinə Aleks Ferqyusondan sonra ən çox rəsmi titul qazanan mütəxəssislərdən biri kimi düşüb.

O, karyerasının böyük hissəsini Ukraynada keçirərək Donetsk “Şaxtyor”u ilə UEFA Kubokunu qazanmış, həmçinin “Qalatasaray”la UEFA Superkubokuna sahib çıxmışdı.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti