Azərbaycanda legioner həyatı yaşayan futbolçular şərəfini qoruduqları milliyə qalib adını qazandırıb.
Ruanda seçməsi “FİFA Series-2026”da növbəti qələbəsini əldə etməklə kuboku başı üzərinə qaldırıb.
Noyabrın 27-dəki ilk oyunda Qrenadanı 4:0 hesabı ilə məğlub edən Afrika təmsilçisi 3 gün sonra Estoniyanı üstələyib – 2:0.
“Zirə”nin şərəfini qoruyan Anje Mutsinzi ilə Leroy Mikels, eləcə də “Sabah”ın hücumçusu, Azərbaycan Premyer Liqasının hazırkı bombardiri Coy-Lens Mikels start heyətində yer alıb.
“Karvan-Yevlax”ın hücumçusu Coy-Slayd Mikels isə mübarizəyə 79-cu dəqiqədən qoşulub.
Qrenada ilə matçda şedevr qola imzasını yazdıran Leroy Mikels estonları da məyus edib.
“Zirə”li forvard 51-ci dəqiqədə komandasının ikinci qolunu vurmaqla qələbəni təmin edib ki, Ruanda turnirin qalibi adını qazanıb.
HƏBİB / SPORTİNFO.AZ
Leroyun Estoniyanın qapısından keçirdiyi qolu təqdim edirik.

