Həkim xərəyi gözləmədi, onu qucağında meydandan çıxardı - VİDEO

6 Aprel 00:40 Hadisə 549
Həkim xərəyi gözləmədi, onu qucağında meydandan çıxardı - VİDEO

Misli Premyer Liqasının 26-cı turu çərçivəsində keçirilən “Kəpəz” – “Qəbələ” matçında azarkeşlərin marağına səbəb olan qeyri-adi hadisə yaşanıb.

Sportinfo.az xəbər verir ki, qarşılaşmanın 80-ci dəqiqəsində “Kəpəz”in yarımmüdafiəçisi Rəhman Hacıyev zədələnərək yerə yıxılıb.

Belə ki, meydana daxil olan Gəncə təmsilçisinin həkimi xərəyin gəlməsini gözləməyərək, futbolçunu qucağına alıb və bu şəkildə meydandan kənara çıxarıb.

Həkimin bu addımı həm stadiondakı azarkeşlər, həm də sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanıb.

Yevlax şəhər stadionunda baş tutan görüş “Qəbələ”nin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
29 Avqust 17:30 Çək və bizə göndər!
29 Avqust 14:00 Sındırmaq belə olur!