Bu şəxslərin maaşının vergi tutulan hissəsi 400 manat azaldılır

4 Aprel 07:10 Hadisə 511
Bu şəxslərin maaşının vergi tutulan hissəsi 400 manat azaldılır

Minatəmizləmədə həyatını itirənlərin ailə üzvlərinin vergi tutulmalı olan aylıq gəliri 400 manat azaldılır.

Bu, Milli Məclisin Elm və təhsil komitəsinin iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, minatəmizləmə fəaliyyətini həyata keçirən zaman partlayıcı sursatların işə düşməsi nəticəsində baş verən bədbəxt hadisə ilə əlaqədar həlak olan və ya bu zaman aldığı xəsarətdən həyatını itirən minatəmizləyənlərin valideynlərinin, dul arvadlarının (ərlərinin) və övladlarının muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada