Cənubi Koreyada legioner həyatı yaşayan Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyuk Bakıda maraqlı hadisə ilə qarşılaşıb.
"Daejeon"a məxsus olan arxa xətt oyunçusu ondan avtoqraf almaq üçün Mərdəkana gələn azarkeşin sözünü yerə salmayıb.
Burada məlum olub ki, bu, onların ilk tanışlığı deyil. Belə ki, ortayaşlı fanat Ukrayna doğumlu sabiq "Neftçi"li ilə hələ Seulda qarşılaşıb.
Türkiyənin oyununu izləmək üçün Cənubi Koreyaya getmiş şəxs aldığı paketin içində Antonun şəklini görüb.
Yığmamızın üzvü ona həmin vaxt öz formasını hədiyyə edib. Azarkeş burada Krivotsyukdan daha bir forma istəyib.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

