Özbəklər Azərbaycan - Syerra Leone matçını idarə edəcək

30 Mart 17:45 Hadisə 566
Özbəklər Azərbaycan - Syerra Leone matçını idarə edəcək

"FIFA Series - 2026" beynəlxalq turnirində bu gün keçiriləcək Azərbaycan – Syerra Leone oyununun hakimləri açıqlanıb.

Sportinfo.az AFFA-nın saytına istinadən xəbər verir ki, matçı Özbəkistandan olan hakimlər briqadası idarə edəcək.

Oyunun baş hakimi Asker Najafaliyev olacaq. Ona yan xətdə həmyerliləri İslom Azimov, Baxtiyorxuja Şavkatov kömək edəcəklər.

Dördüncü hakim funksiyasını Axrol Ruskullayev yerinə yetirəcək.

Qarşılaşma bu gün Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək və saat 19:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada