Baxın, Mahir Emreli almanları necə coşdurdu! - VİDEO

29 Mart 23:45 Hadisə 9 955
Baxın, Mahir Emreli almanları necə coşdurdu! - VİDEO

Azərbaycan millisinin hücumçusu Mahir Emreli 8 aydan sonra ilk qolunu vurdu.

II Bundesliqada “Kayzerslautern”in formasını geyinən həmyerlimiz “Karlsrue” ilə qarşılaşmada adını tabloya yazdırdı.

Matç Mahirin komandasının 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. O, qarşılaşmanın 83-cü dəqiqəsində meydana daxil olub və 90+4-cü dəqiqədə komandasının üçüncü qolunu vurub.

Bu, onun cari mövsümdə II Bundesliqada ilk qolu olub.

Emreli son dəfə bu mövsüm - ötən ilin avqust ayında Almaniya kubokunda "Kayzerslautern"in 1 qolunun müəllifi olmuşdu.

Onun fərqləndiyi epizod yerli fanatlar tərəfindən görüntülənib. Kadrlarda "Kayzerslautern" tərəfdarının necə ürəkdən sevindiyi görünür, Mahiri xorla səsləməsi eşidilir.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada