Milli qazandı, o, "Qarabağ"ın oyunçusuna SÜRPRİZ ETDİ - VİDEO

28 Mart 23:45 Hadisə 692
Milli qazandı, o, "Qarabağ"ın oyunçusuna SÜRPRİZ ETDİ - VİDEO

Azərbaycan millisi "FIFA Series – 2026" beynəlxalq turnirində ilk oyununu keçirib.

Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv Sent Lüsiya ilə üz-üzə gəlib.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan qarşılaşma Azərbaycan yığmasının qələbəsi ilə bitib - 6:1.

Komandanın qollarını 2-ci dəqiqədə penaltidən Emin Mahmudo, 21-ci dəqiqədə Rəhim Sadıxov, 37-ci dəqiqədə Musa Qurbanlı, 64-cü dəqiqədə Toral Bayramov, 87-ci dəqiqədə Vüsal İsgəndərli, 89-cu dəqiqədə Rüstəm Əhmədzadə vurublar.

Qonaqlardan Filip Donavan 52-ci dəqiqədə penaltidən fərqlənməklə adını tabloya yazdırıb.

Matçdan sonra stadionun dəhlizində maraqlı hadisə baş verib. Azyaşlı uşaqlardan biri özünün çəkdiyi rəsmi Toral Bayramova bağışlayıb.

O, «Qarabağ»ın oyunçusunu qucaqlayaraq, «sən ürəksən» söyləyib, Bakıdan Sumqayıta gəldiyini bildirib.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti
29 Avqust 17:30 Çək və bizə göndər!
29 Avqust 14:00 Sındırmaq belə olur!