"Karvan-Yevlax"ın legioneri Kayl Spens yeni mövsümə də Azərbaycan Premyer Liqasında başlaya bilər.
Sportinfo.az xəbər verir ki, sportal.az-a verilən məlumata görə, onun komandası liqanı tərk etsə də, Spensin Azərbaycanda qalmaq ehtimalı yüksəkdir.
Belə ki, Spensə Premyer Liqamızda yarışan iki klub maraq göstərir.
Şotlandiyanın aşağı yaş qruplarından ibarət yığma komandalarında da oynamış 29 yaşlı yarımmüdafiəçi də Azərbaycanda qalmaq istəyir.
Onun "Karvan-Yevlax"la müqavilə müddəti mövsümün sonunda bitəcək.
Spens indiyə qədər "Koventri"(İngiltərə), "Valdres", "Alta"(hər ikisi Norveç), "Hegelmann"(Litva), "FSV Frankfurt"(Almaniya), "Velez"(İspaniya), "Qzira Yunayted"(Malta), "Kolrayn"(Şimali İrlandiya) klublarında oynayıb.

