Premyer Liqanın bombardiri Ruanda yığmasında da qol vurdu

28 Mart 09:25 Hadisə 1 339
Premyer Liqanın bombardiri Ruanda yığmasında da qol vurdu

Ruanda milli komandası “FIFA Series 2026” yoldaşlıq turniri çərçivəsində Qrenade ilə üz-üzə gəlib.

Sportinfo.az xəbər verir ki, qarşılaşma birincilərin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Ruanda yığmasının heyətində Azərbaycan Premyer Liqasında çıxış edən üç futbolçu meydana çıxıb.

"Zirə"dən Anje Mutsinzi ilə Leroy Mikels, "Sabah"dan isə Coy Lens Mikels matçda iştirak ediblər. Hər üç oyunçu start heyətində yer alıb.

"Sabah"ın hücumçusu Coy Lens Mikels 45+2-ci dəqiqədə komandasının ilk qolunu vurub.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada