Bakıda 4 qol vurdu, oyunun ən yaxşısı seçildi

19 Fevral 00:10 Hadisə 534
Bakıda 4 qol vurdu, oyunun ən yaxşısı seçildi

Bakıda keçirilən Çempionlar Liqasının pley-off mərhələsinin ilk qarşılaşmasında “Qarabağ”ın qapısına 4 dəfə yol tapan Entoni Qordon oyunun ən yaxşısı seçilib.

Sportinfo.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan görüşdə ingiltərəli hücumçu tarixi bir performans nümayiş etdirib.

İlk hissədə “poker” edən (3, 32, 33 və 45+1-ci dəqiqələrdə) 25 yaşlı futbolçu UEFA-nın texniki müşahidəçiləri tərəfindən matçın ən yaxşı oyunçusu mükafatına layiq görülüb.

Qordon cəmi 45 dəqiqə ərzində oyunu təkbaşına həll edərək “Nyukasl”ın 6:1 hesablı darmadağınına ən böyük töhfəni verib.

Digər Xəbərlər
Xəbər Lenti
29 Avqust 14:00 Sındırmaq belə olur!