Daha bir itkin şəhidin nəşinin qalıqları tapıldı - FOTO

07:10 Hadisə 65
Daha bir itkin şəhidin nəşinin qalıqları tapıldı - FOTO

Daha bir itkin şəhidin nəşinin qalıqları tapılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, indiyədək itkin kimi qeydiyyatda olan Kərimov Şahin Heydər oğlunun nəşinin qalıqları müəyyən edilib.

Məlumata görə, vida mərasimi 19 fevral tarixində Mingəçevir şəhərində, şəhidin ata ocağında keçiriləcək. Daha sonra Mingəçevir Şəhidlər Xiyabanında dəfn olunacaq.

Şahin Kərimov 16 dekabr 1973-cü ildə Mingəçevir şəhərində anadan olub.

O, Qarabağ döyüşlərində iştirak edərək Vətənin müdafiəsində xidmət göstərib. 4 aprel 1993-cü ildə ağır döyüşlər zamanı itkin düşüb.


Digər Xəbərlər
Xəbər Lenti
17 Fevral 20:40 Rauf, uf, uf, uf...
17 Fevral 18:10 Çək və bizə göndər!