Cavadov prezident seçildi, Seyidov İdarə Heyətinə üzv oldu - FOTOLAR

19:20 Hadisə 279
Cavadov prezident seçildi, Seyidov İdarə Heyətinə üzv oldu - FOTOLAR

Regional Futbol Federasiyalarıİctimai Birliyinin 2026-cı il fevral ayının 16-da RFF İB-nin ofisində növbəti V hesabat seçki konfransı keçirilib.

Sportinfo.az xəbər verir ki, konfransda səsvermə hüququna malik 8 nümayəndə iştirak edib.

Qarabağ RFF İB-nin prezidenti Əliş Şərifov

Şimal RFF İB-nin prezidenti Fəxrəddin Həsənov

Mərkəz RFF İB-nin prezidenti Nadir Quliyev

Qərb RFF İB-nin prezidenti Nadir Nəbiyev

Şimal-Qərb RFF İB-nin prezidenti Rövşən Əhmədov

Cənub RFF İB-nin prezidenti Sakin Məmmədzadə

Bakı FF İB-nin prezidenti Tahir Süleymanov

Naxçıvan FF İB-nin baş katibi Raqif Abbasov

RFF İB-nin prezidenti İsgəndər Cavadovun keçən dövr üçün nəzarət təftiş komissiyasının sədri Sahib Qarayevin hesabatları təsdiq edilib. RFF İB-nin işi qənaətbəxş sayılıb.

İsgəndər Cavadov növbəti 4 il (2026-2030) müddətinə RFF İB-nin prezidenti seçilib.

Onunla yanaşı, Yaşar Seyidov, Maşallah Əhmədov, Asif Əliyev və Fizuli Nəcəfov RFF İB-nin İdarə Heyətinə üzv olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti