Bir oyunluq cəzalandı

08:20 Hadisə 86
Bir oyunluq cəzalandı

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, iclasda futzal üzrə Azərbaycan Kubokunun 1/8 mərhələsinin oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Baku-Fire” – “Araz Naxçıvan” oyununda “Baku-Fire” komandasının oyunçusu Eldar Zeynalov oyunun 38-ci dəqiqəsində rəqibi açıq-aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb.

U-19 – “Yeni Suraxanı” oyunu “Yeni Suraxanı” təyin olunan vaxtda meydanda olmadığına görə baş tutmadığı üçün “Yeni Suraxanı” komandasına 0:5 hesablı texniki məğlubiyyət verilib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 Fevral 18:10 Çək və bizə göndər!