Sosial Xidmətlər Agentliyi Salyan və Neftçalada 35 mənzil alır – Ümumi məbləğ 3,2 milyon manata yaxınlaşır.
Sosial Xidmətlər Agentliyi əlilliyi müəyyən olunmuş şəxslər və şəhid ailələri üçün iki rayon üzrə yeni satınalma müsabiqələri elan edib.
Agentlik tərəfindən Salyan rayonunda 9 ədəd ikiotaqlı və 6 ədəd üçotaqlı olmaqla ümumilikdə 15 mənzilin satın alınması planlaşdırılır. Ehtimal olunan qiymət 1 262 250 manat təşkil edir.
Bundan əlavə, Neftçala rayonunda əlilliyi müəyyən olunmuş şəxslər və şəhid ailələri üçün 20 ədəd üçotaqlı mənzilin satın alınması nəzərdə tutulur. Ehtimal olunan qiymət 1 980 000 manatdır.
Hər iki müsabiqə üzrə ümumi ehtimal olunan dəyər 3 242 250 manat təşkil edir

