Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə aid poçt markası təqdim ediləcək

04:40 Hadisə 68
Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə aid poçt markası təqdim ediləcək

Azərbaycan Milli Paralimpiya Komitəsinin (MPK) 30 illik yubileyinə həsr olunmuş xüsusi poçt markasının təqdimatı nəzərdə tutulub.

Sportinfo.az xəbər verir ki, bu barədə "report"a açıqlamasında MPK prezidentinin müşaviri Şahin Kazımzadə bildirib.

Qurum rəsmisi paralimpiya ailəsi üçün 30 illiyi yaddaqalan etməyə çalışacaqlarını deyib:

"Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş xüsusi poçt markasının təqdimatı nəzərdə tutulub. Paralimpiya mükafatçılarının "ustad dərsləri", eləcə də onların məktəb və universitetlərdə görüşlərinin keçirilməsi planlaşdırılır. Yeni saytımızın da təqdimatı olacaq. Digər tədbirlərlə bağlı tarixlər müəyyənləşdikdən sonra media və ictimaiyyətə əlavə məlumat veriləcək".

Ş.Kazımzadə Milli Paralimpiya Komitəsinin 1996-cı ildə təsis olunduğunu xatırladıb:

"Paralimpiyaçılarımız Azərbaycan idmanının ayrılmaz hissəsidir. Yubiley münasibətilə Milli Paralimpiya Komitəsi tərəfindən il ərzində tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Bildiyiniz kimi, komitənin yeni loqosu, eləcə də 30 illik yubiley loqosu artıq ictimaiyyətə təqdim olunub. Loqo Beynəlxalq Paralimpiya Komitəsi tərəfindən rəsmən təsdiqlənib".

2026-cı ildə Azərbaycan Milli Paralimpiya Komitəsini 30 illik yubileyi qeyd ediləcə

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 Fevral 18:10 Çək və bizə göndər!
16 Fevral 07:30 Onlar 2800 manat alacaq