Faciəvi şəkildə həyatını itirən Azərbaycan millisinin üzvü imiş

16 Fevral 08:50 Hadisə 649
Faciəvi şəkildə həyatını itirən Azərbaycan millisinin üzvü imiş

Sentyabrda Azərbaycanda keçirilmiş III MDB Oyunlarının boks üzrə bürünc medalçısı Əli Ruşanov faciəvi şəkildə vəfat edib.

Sportinfo.az xəbər verir ki, bir neçə gün sonra start götürəcək Azərbaycan çempionatına hazırlaşan 16 yaşlı idmançı məşq zamanı huşunu itirib.

Xəstəxanaya çatdırılsa da, boksçunun həyatını xilas etmək mümkün olmayıb.

Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, tanınmış boks mütəxəssisi Fazil Ruşanovun oğlu həmyaşıdı olan Vaqif Məhəmmədli ilə Bakıda sınaq döyüşü (sparrinq) keçirib.

Bədbəxt hadisə də bu zaman baş verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti