“Qarabağ”ın sabiq hücumçusu Juninyo “Pumas”ln heyətində növbəti oyununa çıxıb.
Sportinfo.az xəbər verir ki, 29 yaşlı forvard Meksika çempionatının “Puebla” ilə oyununda iştirak edib.
Braziliyalı 68-ci dəqiqədə Ruben Duartın əvəzinə meydana daxil olub.
Juninyo görüşün 88-ci dəqiqəsində qələbə qolunu vurub - 3:2.
Bu, onun yerli liqada 4 oyunda 3-cü qoludur. Juninyonun qoluna aşağıdakl videonun 8.23-cü dəqiqəsindən etibarən baxa bilərsiniz.

