Buyurun, “Neftçi”yə qarşı ayrı-seçkiliyi görün… VİDEO

08:40 Hadisə 111
Buyurun, “Neftçi”yə qarşı ayrı-seçkiliyi görün… VİDEO

Misli Premyer Liqasının 19-cu turundakı hakim qərarları müzakirə yaradıb.

Sportinfo.az xəbər verir ki, söhbət “Şamaxı” - “Qarabağ” (1:2) və “Neftçi” - “Qəbələ” (1:0) matçlarındakı hakim qərarlarından gedir.

Bir-birindən qətiyyən fərqlənməyən iki epizodda hakim Kamal Umudlu “Qarabağ”ın futbolçusu Bəhlul Mustafazadəyə ikinci sarı vərəqəni göstərmir,

“Neftçi”nin müdafiəçisi Elvin Bədəlov isə ikinci “sarı” ilə (baş hakim Əliyar Ağayev) meydandan qovulur.

AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov da Misli Premyer Liqasının 19-cu turu çərçivəsində keçirilən oyunlardakı mübahisəli epizodlar barədə fikirlərini bölüşüb.

O, "Şamaxı" - "Qarabağ" matçında hakimin düzgün qərar vermədiyini təsdiqləyib. O, matçın baş hakimi Kamal Umudlunun Ağdam təmsilçisinin futbolçusu Bəhlul Mustafazadəyə sarı vərəqə göstərməli olduğunu qeyd edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
12 Fevral 18:10 Çək və bizə göndər!