Messi zədələndi, “Barselona” ilə oyun təxirə salındı

10:00 Hadisə 72
Messi zədələndi, “Barselona” ilə oyun təxirə salındı

Lionel Messi zədələndiyi üçün “İnter Mayami”nin Puertо-Rikоda keçirilməsi planlaşdırılan növbəti yoldaşlıq oyunu təxirə salınıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Argentinalı ulduz Ekvadordan “Barselona” ilə matçda əzələsində gərginlik hiss edib. Nəticədə “İndependyente del Valye” komandasına qarşı keçirilməli olan görüşün vaxtı dəyişdirilib.

Belə ki, fevralın 14-nə təyin olunan qarşılaşma fevralın 26-da baş tutacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
12 Fevral 18:10 Çək və bizə göndər!