Lisenziyası olmayan futbolçunu oynatdılar - İki komandaya texniki məğlubiyyət verildi

03:50 Hadisə 56
Lisenziyası olmayan futbolçunu oynatdılar - İki komandaya texniki məğlubiyyət verildi

AFFA iki komandanı texniki məğlubiyyətlə cəzalandırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

AFFA Region Liqasında keçirilməli olan "Bakı" TFK – "Mərcanlı" qarşılaşması birincilərin heyətində lisenziyası olmayan futbolçu iştirak etdiyi üçün meydan sahiblərinə 0:3 hesablı texniki məğlubiyyət verilib.

AFFA U-17 Liqasında keçirilməli olan "Turan Tovuz" – "Lion" PFK oyununda isə qonaq kollektiv təyin edilən vaxtda meydanda olmadığına görə klub 0:3 hesablı texniki məğlubiyyətlə cəzalandırılıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
11 Fevral 18:10 Çək və bizə göndər!
11 Fevral 03:50 Lamiyə rekorda imza atdı