"Karvan” üçün sessiya təşkil olundu - Danışılmış oyunlarla bağlı

11 Fevral 03:40 Hadisə 399
"Karvan” üçün sessiya təşkil olundu - Danışılmış oyunlarla bağlı

"Karvan-Yevlax"ın U-14 və U-15 komandalarına danışılmış oyunlara qarşı mübarizə mövzusunda maarifləndirici sessiya təşkil olunub.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən bildirilib.

Tədbir Yevlax şəhər stadionunda AFFA-nın Komplayns və danışılmış oyunlara qarşı mübarizə şöbəsinin rəisi Naib Əsədov tərəfindən təşkil olunub.

Seminarda danışılmış oyunlara qarşı mübarizə mövzusunda əhəmiyyətli məsələlər müzakirə olunub, təcrübə mübadiləsi aparılıb.

Danışılmış oyunların yerli və beynəlxalq nümunələri seminar iştirakçılarına təqdim edilib.

Digər Xəbərlər
Xəbər Lenti
29 Avqust 14:00 Sındırmaq belə olur!