ABŞ klubunun rəhbər fiquru Nəriman haqda nələr söylədi?

01:00 Hadisə 119
ABŞ klubunun rəhbər fiquru Nəriman haqda nələr söylədi?

ABŞ təmsilçisi “Kolumbus Kru” Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadədən böyük gözləntilər içindədir.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun baş meneceri İssa Toll komandanın mətbuat xidmətinə açıqlama verib.

O, “Qarabağ”dan transfer olunan gənc futbolçu ilə bağlı fikirlərini bölüşüb:

“Nəriman komandamıza yeni nəfəs gətirəcək. Onun texnikası və meydanda göstərdiyi yüksək enerji bizim oyun fəlsəfəmizə tam uyğundur.

O, fərqli xüsusiyyətləri ilə kollektivə əlavə dəyər qatacaq”.

Toll qeyd edib ki, Axundzadə gənc yaşına baxmayaraq artıq həm ölkə çempionatında, həm Avropa arenasında, həm də milli komandada ciddi təcrübə toplayıb:

“Onu Kolumbusda görməkdən çox məmnunuq. Klubumuzda necə inkişaf edəcəyini böyük maraqla izləyəcəyik”.

Nəriman Axundzadə “Kolumbus Kru” ilə 2029-cu ilin iyununa qədər qüvvədə olacaq müqaviləyə imza atıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 Fevral 18:10 Çək və bizə göndər!
10 Fevral 17:40 Premyer Liqada yeri olmayan
10 Fevral 07:30 GÜNDƏM - Maaşlar artacaq