Ukrayna Futbol Assosiasiyasının prezidenti Andrey Şevçenko daha əvvəl fəaliyyət göstərdiyi “MC Peat&Co” şirkətində rusiyalı iş adamı Roman Abramoviçlə mümkün biznes əlaqələri haqda ittihamlara münasibət bildirib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu cür iddiaları qəti şəkildə rədd edib:
“Əvvəla, bu, doğru deyil. Çox yalan danışırsız. İstinad etdiyiniz məlumatların Roman Abramoviçlə heç bir əlaqəsi yoxdur.
Mən çox kiçik bir azlıq səhmdarı idim və şirkətin əməliyyatlarında heç bir iştirakım yox idi. Bu məsələni niyə qaldırdığınızı və dəqiq nəyi sübut etməyə çalışdığınızı başa düşmürəm”.
Şevçenko 14 noyabr 2022-ci ildə “MC Peat&Co” şirkətinin təsisçi üzvü vəzifəsindən istefa verib.
Rusiya artıq bir neçə ildir ki, Ukraynaya işğalçı hücumlarını davam etdirir.

