"Belə oyunla uğur qazanmaq olar"

21:10 Hadisə 175
"Belə oyunla uğur qazanmaq olar"

"Karvan-Yevlax" Misli Premyer Liqasının 19-cu turunda səfərdə "Turan Tovuz"a 061 hesabı ilə uduzub.

Sportinfo.az xəbər verir ki, qonaqların baş məşqçisi Füzuli Məmmədov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- "Turan Tovuz" çox yaxşı komandadır. Rəqibi təhlil etmişdik. Bilirdik ki, necə hücum qururlar, necə müdafiə olunurlar. Uşaqlar yaxşı mübarizə apardılar, meydanda maksimum güclərini qoydular. Hər birinə təşəkkür edirəm. Belə oyunla uğur qazanmaq olar. Amma bir az da üstünə qoymalıyıq. Qarşıdakı matçlarda daha effektiv oynamaq üçün çalışacağıq. Bir epizodda bizim müdafiəçimizə açıq ayaqla zərbə oldu. Həmin epizodu daha diqqətli izləmək olardı. Ola bilər ki, hakimlər başqa cür dəyərləndirər. "Turan Tovuz"un qələbəsinə kölgə salmaq istəmirəm. Onları təbrik edirəm.

- Belə oyunla nə vaxt uğur qazanmaq olar?

- Növbəti oyunlarda. Uğur qələbədir. Komandanın elitada qalması üçün qələbələr lazımdır.

- "Karvan-Yevlax" kubokda mübarizəni dayandırdığı üçün oyuna hazırlaşmağa kifayət qədər vaxt oldu. Bu amil sizin xeyrinizə oldu, yoxsa ziyanınıza?

- Rəqibi yaxşı təhlil etmək üçün vaxtımız oldu. Oyuna çox yaxşı hazırlaşmışdıq. Son matçda müdafiədə çox boşluqlar vermişdik. Mənə elə gəlir ki, bu gün o qədər də boşluq olmadı.

- Araz Abdullayevin oynamamasının səbəbi nədir?

- Ayağında zədə var. Ona görə də risk etmədik.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti